Hindistanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlandı

24 Sentyabr 2024 06:08 (UTC+04:00)

Hindistanda meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb. SİA xəbər verir ki, “Clade 1b” ştammı Cənubi Kerala ştatının Malappuram dairəsindən olan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qayıdan 38 yaşlı kişidə aşkarlanıb. Xəstə hazırda stabil vəziyyətdədir və nəzarət altındadır.