İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 492-yə çatıb

24 Sentyabr 2024 02:13 (UTC+04:00)

İsrailin Livanın cənub və şərqində məskunlaşan ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 492 nəfərə çatıb, 1645 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl 325 nəfərin öldüyü, 1200 nəfərin yaralandığı bildirilirdi.

Qeyd olunur ki, hava hücumlarının qurbanı 35 uşaq və 58 qadın olub.