Qubada zəncirvari qəza baş verib - ölən və yaralanan var

24 Sentyabr 2024 01:40 (UTC+04:00)

Qubanın rayon mərkəzində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, “Mercedes” markalı minik avtomobili əvvəlcə "Opel", daha sonra digər iki nəqliyyat vasitəsilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində "Opel"in sürücüsü hadisə yerində ölüb, "Mercedes"in sürücüsü isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.