Danimarkanın baş nazirinin Rusiya ilə bağlı çağırışı...

23 Sentyabr 2024 21:55 (UTC+04:00)

Danimarkanın baş naziri Mette Frederiksen hesab edir ki, Qərb ölkələri Ukraynaya göndərilən silahların istifadəsinə heç bir məhdudiyyət qoymamalıdır.

Onun sözlərinə görə, bu məsələdə “qırmızı xətlər” olmamalıdır.

…Bunu edə biləcəyimizlə bağlı daimi müzakirələr var. Əvvəllər baş verən gecikmələrə son qoyulsa, çox yaxşı olardı. Və hesab edirəm ki, silahdan istifadəyə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Danimarkanın baş naziri bildirib.

Əli Babayev