Daşkəsəndə ölümlə nəticələnən yol qəzası olub

23 Sentyabr 2024 21:34 (UTC+04:00)

Daşkəsəndə ağır yol qəzası baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Eşqin Əhmədov dünyasını dəyişib, 1960-cı il təvəllüdlü Mehman İsrafilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.