İsrail Livana hücumlarını genişləndirdiyini açıqlayıb

23 Sentyabr 2024 22:15 (UTC+04:00)

...İsrail Müdafiə Qüvvələri Livan boyu “Hizbullah” hədəflərinə zərbələrini genişləndirir. Ölkənin müdafiə naziri Yoav Qalantın sözlərinə görə, Hizbullah komandanlığına, eləcə də silah anbarlarına hücumlara icazə verilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir həftə ərzində təxminən beş min livanlı İsrailin zərbələrindən əziyyət çəkib.

Qurbanların sayı 274 nəfərə çatıb ki, onlardan 21-i uşaq, 39-u qadındır.

Qeyd edilir ki, İsraillə Livan arasında münasibətlərin daha bir kəskinləşməsi sentyabrın 17-də ərəb respublikasında elektron cihazların kütləvi şəkildə partlamağa başlaması ilə başlayıb.

“Hizbullah” hücumlarda İsraili günahlandırıb.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri müharibənin “yeni mərhələsinin” başladığını elan edib.

Əli Babayev