Beynəlxalq hüquq və normalardan xəbərsiz AXMAQ DİPLOMAT - TƏHLİL

23 Sentyabr 2024 20:07 (UTC+04:00)

Fransanın Avropa və Xarici İşlər Naziri Stefan Sejurnenin İrəvana səfərinin erməni cəmiyyətində, ələlxüsus da siyasi elitada yüksək əhval-ruhiyyə ilə qarşıladığını müşahidə etdikdə rəsmi Parisin ermənipərəstliyinə, eləcə də bunu hayların çox yaxşı başa düşdüklərinə, adi hal kimi qəbul etdiklərinə, eləcə də bütün bunların fonunda işğalçı ölkəyə səfər edən fransalı diplomatın axmaqlığına bir daha əmin oluruq. Əmin oluruq ki, Sejurne də məhz Fransa hakimiyyətində təmsil olunan, Makronun ətrafında olan digər ermənipərəst siyasətçilər kimi haqqı, ədaləti hesaba almayan, beynəlxalq hüquq və normalardan xəbərsiz ağılsızlar, axmaq diplomatlar syahısındadır.

Ağılsızlığı ilə axmaqlar siyahısının ön sıralarında məhz Fransanın Avropa və Xarici İşlər Naziri də yer alır

Sejurnenin ermənipərəstliyinin biz artıq dəfələ şahidi olmuşuq. Onun ermənilərə yaltaqlandığının, yaxud da həyasızcasına həqiqətləri, reallıqları görməməzliyə vuraraq, ədalətsiz yanaşmalarının bir daha şahidi olmaq üçün İrəvana gəlişini heç gözləməyə də ehtiyac yox idi. Yəni, həmin adamın Fransanın düz paytaxtında səsləndirdiyi fikirlər artıq təsdiq edirdi ki, Stefan Sejurne qatı ermənipərəstdir və onun üçün harda olmasından asılı olmayaraq həqiqətləri təhrif etmək, reallıqları görməməzliyə vurmaq, ədalətsizcəsinə danışmaq, rəy və fikir bildirmək adi haldır və buna öyrəncəlidir. Bir sözlə, Sejurnenin ermənipərəstliyini bir daha ortaya qoyması və utanmazcasına reallıqdan uzaq mövqe sərgiləməsi bizim üçü heç də yenilik sayılmır və həmin bu fransızın biri, utanmazın bəlkə də birincisi öz utanmazlığı ilə qətiyyən bizi təəccübləndirə bilmədi. Təəccüblü ola biləcək yeganə o ola bilərdi ki, Stefan Sejurne yenə də axmaqcasına Ermənistan Respublikasına öz dəstəyini ifadə etməklə hələ də nəyə isə ümid edir və bu onun əl çəkmək istəmədiyi axmaqlığıdır. Belə çıxır ki, elə öz ağılsızlığı ilə axmaqlar siyahısının ön sıralarında məhz Fransanın Avropa və Xarici İşlər Naziri Stefan Sejurne də yer alır.

Ermənipərəstliyi, haylara olan yaltaqlığı gözlərini elə bağlayıb ki, sanki heç nəyi doğru-dürüst görə bilmirlər

Ermənistan Respublikasına öz dəstəyini ifadə etməklə, Sejurne çox populist bəyanat verib. Bu axmaq diplomat hələ də başa düşə bilmir ki, onun dəstək ifadə etməsi ancaq populizm nümunəsi kimi qəbul edilir. Dərk edə bilmir ki, dəstək ifadə etdiyi ölkə, yəni Ermənistan bütün Qafqazda ancaq gərginlik yaradır. Bunu bilə-bilə kimə dəstək verir və bu dəstəyin axmaqlıq olduğunu anlamırmı? Bir tərəfdən sülh barədə pafosla danışmaq, digər tərəfdə də regionda gərginlik yaradan ölkəyə dəstək nümayiş etdirmək və bunu açıq-aşkar şəkildə bəyan etməyin adı ancaq axmaqlıqdır. Məntiqsiz şəkildə belə təzadlı fikirlər səsləndirən ancaq axmaq diplomatlar ola bilər və Sejurnenin də onların arasında olduğu bir daha öz təsdiqini tapır.

Sejurnenin Azərbaycanla bağlı söylədikləri də diqqəti cəlb edir və elə həmin söylədikləri belə özünün ən böyük həyasız olması ilə bərabər, xüsusən, yenə də ağılsızlığından xəbər verir. “Fransa iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə ədalətli və sabit dünya quracaq sazişin tezliklə imzalanmasının tərəfdarıdır. 1991-ci ildə Almatıda imzalanmış sənədin bütün mahiyyəti budur. Praqada da ictimaiyyətə eyni ideya təqdim olunurdu”, deyən Sejurne qətiyyən utanmaq niyyətində görünmür və deyəsən utanmazlığa alışqan bu adam ağlına gələni danışmaqla, yanlışlığa yol verməklə, axmaqlıq etdiyinin fərqində deyil. Bəldə də ermənipərəstliyi, haylara olan yaltaqlığı gözlərini elə şəkildə bağlayıb ki, nə ikiüzlü olduğunu, nə haqq-ədalətə məhəl qoymadığını, nə yalan danışdığını, ümumiyyətlə, axmaqcasına fikir bildirdiyini və bir axmaq diplomat olduğunu, yəni özünü qətiyyən görə bilmir. Məqsədimiz də bu məqamda ona yardım etmək və özünü məhz özünə göstərməkdir ki, yaxşı-yaxşı görsün, dediklərimizə əmin olsun və elə özünün timsalında axmaq diplomatın necə olduğunu gec də olsa anlasın. Fransanın Avropa və Xarici İşlər Naziri öz ölkəsinin məhz iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə nə zaman hörmət etdiyinin şahidi olub ki, belə sayıqlayır? Axı biz rəsmi Parisin belə bir niyyətinin belə olmasının şahidi deyilik və heç ola da bilmərik. Çünki bir suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşan onun ərazilərinin işğalına və işğal altında saxlanmasına qətiyyən göz yummazdı və biz də o zaman nəyinsə şahidi olardıq. Yaxud da görərdik ki, işğalçı tərəfə silah-sursat verməkdən imtina etməklə, ədalətli və sabit dünya quracaq sazişin tezliklə imzalanmasının tərəfdarı kimi danışmağa az da olsa haqqı çatır, amma heç də belə deyil. Nə onun haqqında qeyd olunanlar barədə danışmağa haqqı çatmır, nə reallıq heç də onun ifadə etdiyi kimi deyil və deməli, əsassız, arqumentsiz şəkildə, həqiqətləri təhrif edərək danışır ki, buna da axmaqlıqdan savayı ad vermək olmur. Məgər tullana-tullana Ermənistana gələn Sejurne öz ölkəsinin işğalçı tərəfə silah verməməli olduğunu da olsa dərk etmir? Etmirsə, deməli, elə bundan öncə deyilənlərin hamısı ona aiddir və axmaqlığı ona şamil etməkdə zərrə qədər də yanlışlıq etməmişik.

Həyasızlığı ilə hayları belə heyrətləndirən Fransalı bu diplomat hədsiz dərəcədə axmaq təəssüratı bağışlayır

“Fransa eyni prinsiplər əsasında dövlətlər arasında sərhədin delimitasiyası prosesini də təşviq edir. Parisdə Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməli olduğuna inanırlar”, deməklə, fransız diplomat görəsən kimi axmaq hesab edir, özünü, yoxsa onu dinləyən erməniləri? Axı dedikləri ilə reallıq üst-üstə düşmür və belə olan halda ya özünü, ya da fikirlərini dinləyən audutoriyanı axmaq yerinə qoymaq niyyəti bəlli olur. “Ermənistan sülh istəyir. Fransa və beynəlxalq ictimaiyyət sülh istəyir. Azərbaycan tezliklə COP29-a ev sahibliyi etdiyi üçün tədbirdən əvvəl həqiqətən sülhə nail olmaq istədiyini nümayiş etdirməyə borcludur. Düşünürəm ki, biz bu məsələdə sürətlə irəliləməliyik”, deyən və bununla da öz həyasızlığı ilə hayları belə heyrətləndirən Fransalı bu diplomat hədsiz dərəcədə axmaq təəssüratı bağışlayır. Mütəmadi olaraq işğalçı ölkəni silahlandıran, münaqişəyə, müharibəyə nəinki ruhlandıran, hətta sövq edən bir ölkə, onun hansı diplomatı və nə üzlə hansısa sülhdən dəm vurur? Öz həyasızlığı və axmaqlığı ilə bizim üzərimizə, Azərbaycanın üzərinəmi məsuliyyət qoymaq istəyir? Qalib ölkə olması, 44 günlük müharibədə mükəmməl qələbə qazanması fonunda sülh təşəbbüsünü irəli sürən ölkənin üzərinə məsuliyyət qoymaq niyyətinə axmaqlıq deməyib, nə deyək? Bu axmaq diplomat başa düşmür ki, “sülhə nail olmaq istədiyini nümayiş etdirməyə borcludur”, deyərək ünvanlandığı ölkə sülhün təşəbbüskarıdırsa, elə bu fakt özü sülhə nail olmaq istəyinin nümayişidir? Yəni həqiqətən də anlamır ki, sülh təşəbbüsü ilə çıxış etdikdən sonra özünü sülhə hazır tərəf kimi təqdim etməyə qətiyyən ehtiyac qalmır? Bu axmaq diplomat özünü o qədər axmaq yerinə qoyub ki, konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəalardan ermənilərin, rəsmi İrəvanın imtina etməli olduğunu dilə gətirmədən, üzünü Azərbaycana tutur və sülh barədə də ağız dolusu, özü də utanmadan çıxış edir. Fransızdan daha çox erməniyə bənzəyən, beynəlxalq normalardan da bu qədər xəbərsiz, bu qədər axmaq diplomatı heç təsəvvürə də gətirmək olmur...