Şəmkirdə 3 nəfəri elektrik cərəyanı vuraraq öldürüb

23 Sentyabr 2024 19:08 (UTC+04:00)

Şəmkirin Könüllü kəndində bədbəxt hadisə baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tutduqları dəmir nərdivanın elektrik xəttinə toxunması nəticəsində kənd sakinləri Adil Böyükkişiyevi, Əkbər Bağırovu və İsmət Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.