“Azərreyl” daha bir voleybolçu ilə müqavilə imzalayıb

23 Sentyabr 2024 18:54 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, “dəmiryolçular” Puerto-Rikodan olan voleybolçu Nayka Beniteslə anlaşıb. 35 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Voleybolçu son olaraq ölkəsinin “Atenienses de Manati” komandasında çıxış edib.

Qeyd edək ki, “Azərreyl” daha əvvəl serbiyalı voleybolçu İrina Milanoviçin keçidini rəsmiləşdirib.