Bələdçi turistə hücum edib, niyə..?

23 Sentyabr 2024 23:05 (UTC+04:00)

...Taylandda zərgərlik mağazasında alış-veriş etməkdən imtina etdiyi üçün bələdçi çinli turistə hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq video Çin sosial şəbəkələrində yayılıb.

Hadisənin sentyabrın 17-də Banqkokun Lat Krabanq rayonundakı məşhur zərgərlik mağazasında baş verdiyi dəqiqləşir.

Portalın yazdığı kimi, qeyri-qanuni şəkildə xidmət göstərən şəxs turisti ona hörmətsizlik etməkdə ittiham edib və qadın onu telefonuna çəkməyə başlayanda o, onu itələyib.

Çinli qadın köməyə çağırıb və mühafizəçilər aqressiv bələdçini binadan qovublar.

Mənbənin sözlərinə görə, qeyri-qanuni bələdçilər tez-tez komisyon haqqı müqabilində mal almaq üçün bu mağazaya turist gətirirlər.

Yerli turizm polisi hadisə ilə bağlı araşdırma aparır.

Nazlı Almuradova