Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub

23 Sentyabr 2024 18:26 (UTC+04:00)

Şəmkirin Zəyəm qəsəbəsində “QAZel” markalı avtomobil maneəyə çırpılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində 1984-cü il təvəllüdlü Mahir Hacıyev və 1993-cü il təvəllüdlü Mehman Qasımov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.