Qadınlar və kişilər niyə xəyanət edir? - ARAŞDIRMA

23 Sentyabr 2024 16:18 (UTC+04:00)

2012-ci ildə Journal of Marital and Family Therapy (ABŞ) jurnalında dərc edilən araşdırmaya görə, ən azı bir dəfə həyat yoldaşlarına xəyanət edən evli kişilərin nisbəti 22%, qadınların nisbəti isə 14% təşkil edir. Evli kişilər və qadınlar arasında fiziki və ya emosional xəyanət nisbəti: 41%-dir.

Türkiyədə 2011-ci ildə 1004 nəfərin iştirakı ilə aparılan araşdırmanın nəticələrinə görə, türk kişilərinin dörddə birindən çoxu, türk qadınlarının isə yüzdə 11-i partnyorlarına sadiq deyil.

Müasir çağda qadınlar keçmişlə müqayisədə daha çox xəyanət edir?

Dünyadakı terapevtlərin təcrübələri bu istiqamətdədir. Tədqiqat nəticələrinə cavab da müsbətdir. Məsələn, ABŞ-da aparılan araşdırmaya görə, son 20 ildə qadınların xəyanətində 40 faiz artım var. Kişilər hələ də qadınlardan daha çox xəyanət edirlər, lakin gender fərqi əsasən maliyyə müstəqilliyi, işin təmin etdiyi ictimailəşmə (kişi və qadın aldatmalarının ən azı 35%-i iş yoldaşları ilə olur) və sosial medianın yayılması səbəbindən daralır.

1000 nəfərlə sorğu üsulu ilə aparılan araşdırmanın nəticələrinə görə, xəyanət hallarının ən çox 39 yaşında baş verdiyi müəyyən edilib.

İngiltərədə araşdırma aparılaraq evlilik zamanı xəyanətlərin ən çox baş verdiyi illər və yaşlar müəyyən edilib. Nəticələrə görə 20, 30 və 40 yaşlarınızın son illəri aldatma üçün ən riskli dövrlərdir. Xüsusilə 19-29-39 və 49 yaşları aldatma üçün ən çox rast gəlinən yaşlardır.

Araşdırmada insanların xüsusilə bu yaşda "təzə həyəcan" axtarmağa və variantları qiymətləndirməyə daha açıq olduğu ifadə edilib.

Mütəxəssislərə görə, klimaks qadınların xəyanət istəyini azaldır. Klimaks keçirən qadında psixoloji problem yoxdursa, aldatmağa meylli deyil. Türk mütəxəssis psixoloq Zəfər Akıncı, "Andropozda olan kişilər kişiliklərini itirməkdən qorxurlar. Hormonları azalmağa başlayanda və 40 yaşına çatdıqda "mən kişiyəm" deməyə başlayırlar. Bu, əlavə performansagətirib çıxarır" dedi.

Xəyanətə meyl 40 yaşdan sonra artır

Aldatmanın ən çox 39 yaşda olması fikri ilə razılaşmayan psixoloq Zəfər Akıncı “40 yaşından sonra aldatmağa meyl artır, bunu artıran əslində özünü sübut etmək meylidir” deyib. Akıncı xəyanətin qazanılmış bir xəstəlik olduğuna diqqət çəkir və bir araşdırmaya görə, o bildirib ki, xəyanət edən insanlar adətən aldatdıqları adamı öz yaxın ətraflarından seçirlər.

Bir araşdırmada hansı peşələrin daha çox xəyanət etdiyi deyilir:

Həkimlər: Araşdırmalara görə həkimlər həyat yoldaşına ən çox xəyanət edən peşələr arasındadır.

Tibb bacıları: Kişi həkimlərin xanımlarını ən çox aldatdığı peşə tibb bacısıdır.

Rəhbər köməkçiləri: Araşdırmalara görə, həyat yoldaşlarını ən çox aldadan peşələr arasında icraçı köməkçilər də var.

Evdar qadınlar: Ərinə ən çox xəyanət edən qadınların evdar qadınlar olduğu müəyyən edilib.

Hüquqşünaslar: Belə çıxır ki, inandırma qabiliyyəti yüksək olan vəkillərin də aldatma potensialı yüksəkdir.

Yanğınsöndürənlər: yanğınsöndürmə xidməti sektorunda çalışan insanların həyat yoldaşlarından boşanmalarının səbəbi adətən xəyanətdir.

Maliyyə sektoru: Yüksək gəlirləri, sıx səyahət cədvəlləri və ünsiyyət bacarıqları səbəbiylə maliyyə sektorunda kişilər arvadlarını aldadırlar.

Polis əməkdaşları: Polis əməkdaşlarının aldatmalarına səbəb kimi nizamsız iş saatları və stress göstərilir.

Müəllimlər: Siyahıdakı ən təəccüblü peşə. Üstəlik, bu peşədə olan qadınların xəyanət nisbəti daha yüksəkdir.

İT işçiləri: İnternet aldatmaq və ya aldanmaq üçün ən böyük səbəbdir. İT işçiləri də bu siyahıdadır, çünki onlar internetdə hamıdan çox vaxt keçirirlər.

“Journal of Marital and Family Therapy” jurnalının araşdırmasına görə, evlilik də daxil olmaqla istənilən münasibətdə xəyanətin nəticələri kişilər və qadınlar üçün demək olar ki, bərabərdir: kişilər üçün 57%, qadınlar üçün 54%.

Cütlüklərlə işi ilə tanınan Qottmanın fikrincə, evliliklərində həm kişilərin, həm də qadınların cinsəllikdən, sevgidən və ehtirasdan razı olub-olmamalarını təyin edən amil aralarındakı dostluğun keyfiyyətinin 70%-ni təşkil edir.

Evlilik məsləhətçisi Gary Neuman həyat yoldaşına xəyat edən 200 evli kişiyə "Niyə aldadırsan?" sualını verdi. Cavab qadınların aldatmasının əsas səbəbləri ilə eynidir və bu, Gottmanın tapıntılarını dəstəkləyir: kişilərin 48%-i emosional olaraq məmnun olmadıqlarını bildirib. Yalnız 8% cinsi əlaqənin ən vacib səbəb olduğunu söyləyir.

Aldatma sonrası psixologiya qadın və kişi arasında necə fərqlənir?

Xəyanətin ağrısı çox vaxt ölümdən də pis ola bilər. Tipik bir yas prosesi baş verir. Xəyanət nəticəsində yaranan stress davam edərsə və xroniki hal alırsa, həlli çətinləşir. Şəxs posttravmatik stress pozğunluğunun əlamətlərini göstərə bilər. Qadınlarda TSSB nisbəti 35% -dir. Simptomlar: Qəzəb, utanc, vəsvəsə, ağrılı düşüncələr, şəkillər, dəyərsizlik, müqayisə, hipersayıqlıq, oyanma, geri dönüşlər. Qadınlarda böyük depressiya və narahatlıq ola bilər.

“Ən çox xəyanət edənlər alman qadınları və italyan kişiləridir”

Ifop-un araşdırmasına görə, bu ölkələr arasında “Alman qadınları” yüzdə 43 ilə ən çox digərlərini aldadır. Almaniyadan sonra 37 faizlə Fransa, 33 faizlə İtaliya və İngiltərə gəlir. Ərlərinə ən çox sadiq olan qadınlar 30 faizlə ispanlardır.

Digər tərəfdən qadınların ən sadiq olduğu ölkələr İtaliya və İspaniya da yüzdə 55 və yüzdə 50 ilə kişilərin ən çox aldatdığı ölkələrdir.

Kişi və qadın arasında xəyanətdə ən kiçik fərq olan ölkə Almaniyadır.

Niyə həyat yoldaşları bir-birini aldadırlar?

Sorğuda həm də kişilərin və qadınların aldatmasının səbəbləri soruşulub. Alınan cavablarda aldatma səbəbləri kimi həmin şəxsin özünü partnyorundan daha gözəl və ya yaraşıqlı sayması, iqtisadi və sosial səviyyəsinin daha yüksək olması, böyük şəhərlərdə yaşaması və cinsi həyatından razı olmaması göstərilir.

Ayşən Vəli