Azərbaycan çempionatlarında transfer pəncərəsinin vaxtı uzadılıb

23 Sentyabr 2024 16:03 (UTC+04:00)

Futzal üzrə Azərbaycanın Yüksək və Birinci Liqalarında yay transfer pəncərəsinin vaxtı uzadılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, iştirakçı komandalar heyətinə qatdığı yeni oyunçuları əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 20-nə qədər deyil, oktyabrın 10-u saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.