"Roma"nın baş direktoru istefa verdi

23 Sentyabr 2024 15:46 (UTC+04:00)

"Roma"nın baş direktoru Lina Suluku vəzifəsini tərk edib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Biz Linaya klub üçün kritik bir zamanda göstərdiyi fədakar iş üçün təşəkkür edirik", - deyə paytaxt təmsilçisi bildirib.

Sentyabrın 18-də romalılar Daniele De Rossini baş məşqçi postundan uzaqlaşdırıblar. İtaliya mətbuatının yazdığına görə, azarkeşlər bu qərara mənfi reaksiya veriblər və Suluk hətta təhdidlər almağa başlayıb. Bu səbəbdən onun təhlükəsizliyinin artırılmasına ehtiyac yaranıb.

Qeyd edək ki, "Roma"nın 5 turdan sonra 6 xalı var və A Seriyasının turnir cədvəlində 10-cu yerdədir.