Tələbələrin köçürülməsi prosesi yekunlaşıb

23 Sentyabr 2024 15:43 (UTC+04:00)

2024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən SİA-ya bildirilib ki, ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.

Xatırladaq ki, sənəd qəbulu “portal.edu.az” vasitəsilə iyulun 25-dən avqustun 1-dək aparılıb. Elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.