Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib

23 Sentyabr 2024 15:01 (UTC+04:00)

Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, H. Əsədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.