Pakistanda qəbilələr arasında qarşıdurmada 5 nəfər ölüb

23 Sentyabr 2024 14:49 (UTC+04:00)

Pakistanın Hayber-Paxtunxva əyalətində qəbilələr arasında baş verən qarşıdurma nəticəsində ən azı 5 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü axşam saatlarında Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda mübahisəli torpaq üzərində tikilən tikiliyə görə rəqib qəbilələr arasında dava düşüb.

Ötən gecə qəbilələr arasında döyüş yenidən alovlanıb. Ağır silahların tətbiq olunduğu qarşıdurma nəticəsində ən azı 5 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb. Bölgədəki fikir liderləri hakimiyyəti münaqişələrə son qoymağa çağırıb. Sosial şəbəkələrdəki yazılarda qarşıdurmaların şiə və sünni qəbilələri arasında baş verdiyi, ölən və yaralananların sayının daha çox olduğu iddia edilib.