ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreyada dayanıb

23 Sentyabr 2024 13:56 (UTC+04:00)

Şimali Koreya ilə sərhədlərarası gərginliyin davam etdiyi bir vaxtda ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreyada dayanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Yonhap"ın məlumatına görə, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, ABŞ-ın Virciniya sinifli nüvə sualtı qayığı "USS Vermont"un (SSN-792) təchizatını artırmaq üçün paytaxt Seuldan 320 kilometr cənub-şərqdə yerləşən Busan şəhərinə çatdığı bildirilib.

Açıqlamada Cənubi Koreyada ilk liman səfərini edən 7800 tonluq "USS Vermont" (SSN-792) gəmisinin Pusana çatmadan əvvəl bölgədə əməliyyatlar həyata keçirdiyi bildirilib. Cənubi Koreya və ABŞ hərbçiləri arasında artan əlaqə Şimali Koreyanın raket atışlarını bərpa etdiyi Koreya yarımadasında davam edən gərginlik fonunda baş verir. Şimali Koreya sentyabrın 19-da taktiki ballistik raketin və təkmilləşdirilmiş strateji qanadlı raketin 4,5 tonluq sinifli super iri döyüş başlığı daşıya bilən sınaq atışlarının uğurla həyata keçirildiyini açıqlayıb. Cənubi Koreyanın keçmiş prezidenti Moon Jae-in sentyabrın 20-də verdiyi bəyanatda Koreya yarımadasının 1950-ci illərdəki koreyalararası müharibədən bəri “ən təhlükəli vəziyyətdə” olduğu barədə xəbərdarlıq edib və Şimal və Cənub arasında dialoqa çağırıb.