Bakı klubu amerikalı basketbolçunu transfer edib

23 Sentyabr 2024 13:42 (UTC+04:00)

“Abşeron” komandası heyətinə yeni basketbolçu cəlb edib. Klubdan SİA-ya verilən məlumata görə, ABŞ-dan olan hücumçu Villiam Cenkinslə 1 illik müqavilə imzalanıb.

Son olaraq İrlandiyanın "Vinsent Dublin" klubunun formasını geyinən 28 yaşlı basketbolçu ölkəsi ilə yanaşı, Avstraliya və Lüksemburqda da çıxış edib.