Çimərlik güləşçilərimiz Yunanıstanda iki medal qazanıblar

23 Sentyabr 2024 11:40 (UTC+04:00)

Azərbaycanın iki təmsilçisi Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində medal qazanıb. Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında yarışda iştirak edən Ramiz Həsənov (80 kq) bürünc, İbrahim Yusubov (90 kq) qızıl mükafata sahib çıxıb.

Dünya Seriyasının sonuncu - final mərhələsi oktyabrın 12-13-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək.