Pərviz Şahbazov "Wind Energy Hamburg" tədbirində iştirak edəcək

23 Sentyabr 2024 11:26 (UTC+04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Wind Energy Hamburg" tədbirində iştirak edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, nazir Almaniyaya səfər edib.

O, sentyabrın 24-də Hamburq şəhərində keçiriləcək "Wind Energy Hamburg" tədbirinə qatılacaq.

Tədbirdə Avropa ölkələrindən olan rəsmilər, “WindEurope”, “Nordex Group”, “Landwind Group”, “Enterprise Singapore” və külək enerjisi sahəsində fəaliyyət göstərən digər şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Energetika nazirinin tədbirin açılış sessiyasında “İnvestisiyalar və qlobal əməkdaşlıq” mövzusunda və “Enerji keçidi” adlı sessiyada “Azərbaycanın yaşıl enerji ixracı strategiyası” mövzusunda çıxışları nəzərdə tutulur.