Payızda təbiət gözəlliklərini "TikTok" yaradıcıları ilə kəşf edin!

23 Sentyabr 2024 11:19 (UTC+04:00)

Qızmar yay əyləncəsindən sonra hüzur dolu payız istirahəti bir başqa olur! Qızılı yarpaqlar, həzin təbiət səsi, romantik hava… Payızda istirahət edənlər təsdiq edər ki, bu yaydakı istirahətdən də daha zövqlü və möhtəşəmdir! Bəs payızda hara gedək? Ölkəmizin hansı bölgələri payızda daha füsünkar və gözoxşayan olur? Bu sualların cavabını "TikTok"dan, daha doğrusu, "TikTok"un səyahət yaradıcılarının məzmunlarından tapa biləcəksiniz. SİA xəbər verir ki, "TikTok" yaradıcıları gizli məkanları, məşhur turizm bölgələrini nümayiş etdirərək, izləyicilərinə həm də faydalı səyahət məsləhətləri verirlər. Bütün bunlar isə sizin səfər planlarınızı rahatlaşdırır, gedəcəyiniz məkanla bağlı məlumatlı olmağınıza kömək edir. Azərbaycan dilli auditoriyalar üçün xüsusi hazırlanmış səyahət ideyaları və məlumatları ilə zəngin olan #səyahət haştaqında 10 000-ə yaxın paylaşım mövcuddur.

Payızda səyahətə ilhamlanmaq üçün izləməli olduğunuz bəzi Azərbaycan "TikTok" yaradıcıları ilə tanış olun:

@mahammadsafarly

“Dağları, gölləri, bir sözlə, təbiəti hədsiz çox sevirəm. İlin çox hissəsini şəhərdə deyil, bölgələrimizdə keçirirəm və hər dəfə ölkəmizin yeni bölgəsinə ziyarət etdikdə oranın gözəlliyini kəşf edir, Azərbaycanın dağlıq bölgələrinin nəfəs kəsən gözəlliyinə heyran qalıram”, deyən Məhəmməd hesabında möhtəşəm mənzərələri, yürüyüş, düşərgə kimi açıq hava macəraları haqqında məlumatlar verir. Lerikin Bibiyoni şəlaləsindən paylaşılan videoya "TikTok" yaradıcı haqlı olaraq “Amazon meşələri deyil, Lerikdir” deyir və bu möhtəşəm gözəllik 80 min baxış yığıb. Füsunkar gözəlliyə sahib Qaranohur gölündən çəkilmiş video isə nə az, nə çox 136 mindən çox izləyicinin marağına səbəb olub. Onun bu və digər videoları bölgələrin sakit və toxunulmamış təbiətini vurğulayır. Həmin məkanlar təbiət sevərlərin mütləq ziyarət etməli olduğu yerlər siyahısına daxil edilir.

@tebietvurgunu1

Bu "TikTok" hesabı Azərbaycanın gəzməli, görməli və tarixi məkanlarının tanınmasına həsr olunub. Yaradıcı olduğu bütünyerlərdən qısa videolar çəkib həmin məkanla bağlı məlumatlarda verir. İlin bütün fəsillərində səhayət edən @tebietvurgunu1, payız gəzintisinə də xüsusi yer ayırıb və bu fəslin gözəlliklərini əks etdirən maraqlı videolar da paylaşıb. Hesab, təkcə yerli izləyicilər üçün deyil, həmçinin səyahətini Azərbaycanda planlaşdıran və bu mövsümdən maksimum yararlanmaq istəyən hər kəs üçün mükəmməl bir mənbədir.

@subzero

36,7 K izləyicisi, yüksək keyfiyyətli məzmunu və statistikası ilə seçilən səyahət hesabıdır. Hər bölgənin özünəməxsus təbiət mənzərələri, tarixi məkanları və yerli mədəniyyəti var ki, bu da bu hesab vasitəsi ilə izləyicilərə unudulmaz təəssüratlar bəxş edir. Qusarda payızın möhtəşəm rənglərinin əks olunduğu bu video 142K baxış toplayaraq izləyicilərinin marağına səbəb olub.

Bu vidoeodakı görüntü isə sadəcə möhtəşəmdir: sanki rəssam fırçası ilə çəkilib - sarı, qırmızı, yaşıl, narıncı rənglərin əks olunduğu Qubanın əsrarəngiz gözəllikləri videonun kəşfetə düşməsinə səbəb olub. (448 K)

@turizm.sefiri

Özünü “turizm səfiri” adlandıran bu yaradıcının hesabı əslində bol informasiya ilə zəngindir. Getdiyi bütün məkanlardan maraqlı və informasiyalı məzmunlar hazırlayır. Həmçinin hesabında işğaldan azad olmuş rayon və şəhərlərimizə də geniş yer ayırıb. Astaraya gələn ispan turistlərin həm milli mətbəxin dadına baxması, həm də milli rəqslər oynaması izləyicilərin də ürəyindən xəbər verib. Nəticəsə video 618.6K baxış qazanıb. Payızda gözəlliyi ilə göz oxşayan bölgələri də unutmayan yaradıcı Şabrandan, Əmbil gölündən, Siyovdan və s. maraqlı videolar hazırlayıb.

Odur ki, qızıl payız üçün tətil planı qurursunuzsa, rəngarəng macəra yaşamaq planlaşdırırsınızsa, "TikTok" və onun zövqlü yaradıcılar icması bu mövzuda sizə yol göstərəcək. Elə bu gün "TikTok" yaradıcıları ilə virtual səyahətə çıxın və gedəcəyiniz növbəti məkanınızı seçin!