İranda ölənlərin sayı 38-ə çatıb

23 Sentyabr 2024 11:02 (UTC+04:00)

İranın şərqindəki Cənubi Xorasan əyalətində kömür mədənində metan qazının partlaması nəticəsində həyatını itirənlərin sayı 38-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran dövlət televiziyasına danışan Cənubi Xorasan valisi Cavad Kanaat dünən gecə Tebes rayonundakı "Madencu" kömür mədənində baş verən qəza ilə bağlı son məlumatı paylaşıb.

Kanaat bildirib ki, "Madencu Colliery"də ölənlərin sayı 38-ə çatıb. Qapalı qalan 14 nəfərin axtarış-xilasetmə işləri davam edir".

İran rəsmisi qeyd edib ki, mədəndəki qaz axtarış-xilasetmə işlərinə mənfi təsir edib. Bildirilib ki, ötən gecə ölkənin şərqində Cənubi Xorasan əyalətinin Tebes rayonunda kömür mədəninin iki blokunda metan qazı partlayışı baş verib. Cənubi Xorasan Böhran İdarəetmə Baş direktoru Məhəmməd Əli Ahundi dünən verdiyi açıqlamada ölənlərin sayının son vaxtlar 34-ə yüksəldiyini açıqlayıb.