69 yaşlı kişi 31 yaşlı həmkəndlisinə silahla xəsarət yetirib

23 Sentyabr 2024 10:57 (UTC+04:00)

Beyləqanda güllələnmə olub. SİA xəbər verir ki, hadisə Beyləqan şəhərinin ərazisində yerləşən torpaq sahəsində qeydə alınıb.

Şəhər sakini 1955-ci il təvəllüdlü Adil Əkbər oğlu Kərimov özünə məxsus “İJ-30” markalı tir tüfəngindən açdığı atəşdən həmyerlisi 1993-cü il təvəllüdlü Şamo Şəmşir oğlu Hüseynova xəsarət yetirib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Araşdırmalar aparılır.