Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötüb

23 Sentyabr 2024 10:02 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,26% artaraq 2 653 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,43% azalaraq 31,37 ABŞ dollarına bərabər olub.