“Hizbullah” rəsmisi İsraillə qarşıdurmanın yeni mərhələyə keçdiyini açıqlayıb

23 Sentyabr 2024 04:13 (UTC+04:00)

Livanın “Hizbullah” hərəkatının baş katibinin müavini Naim Kassem İsraillə qarşıdurmanın “Açıq hesab uğrunda döyüş” adlı yeni mərhələyə keçdiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə sentyabrın 22-də “Almayadeen” telekanalı məlumat yayıb.

Kassem İsrail ordusunun Livan ərazilərinə hücumlarına toxunaraq, “İsrail bizi incidən və indiyə qədər görmədiyimiz ən yüksək qəddarlığı təmsil edən üç müharibə cinayəti törədib” deyə bildirib. İsrailə müraciət edən Kassem ölkə iqtisadiyyatının çökəcəyini və hədəflərinin heç vaxt reallaşmayacağını bildirərək, Təl-Əvivin Fələstindəki müqaviməti beynəlxalq səviyyəyə daşıdığını bildirib.