"Formula 1" üzrə Sinqapur Qran-prisinin qalibi müəyyənləşib

23 Sentyabr 2024 01:30 (UTC+04:00)

"Formula 1" üzrə Sinqapur Qran-prisinin qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, "McLaren"in ingiltərəli pilotu Landro Norris bütün rəqiblərini qabaqlayıb. "Red Bull"un sürücüsü Maks Ferstappen ikinci, "McLaren”in digər üzvü Oskar Piastri isə üçüncü yerə çıxıb.

Qeyd edək ki, sentyabrın 15-də Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi "McLaren" pilotu Oskar Piastri olmuşdu.