Misli Premyer Liqası: Yeddinci tura yekun vurulub

22 Sentyabr 2024 22:50 (UTC+04:00)

Futbol üzrə Misli Premyer Liqasında VII tura yekun vurulub.

SİA xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

"Sabah" səfərdə "Səbail"i 4:2, "Zirə" isə Sumqayıtda şəhərin eyni adlı komandasını 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, VII turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" 'Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib.