Mark-Andre ter Ştegen zədə səbəbindən 7-9 ay sıradan çıxa bilər

22 Sentyabr 2024 22:40 (UTC+04:00)

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya çempionatının 6-cı turunun "Vilyarreal"la oyununda (5:1) aldığı zədə səbəbindən 7-9 ay sıradan çıxa bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə jurnalist Xavi Migel sosial şəbəkələrdə məlumat verib.

İspaniya çempionatının 6-cı turunun "Vilyarreal" - "Barselona" matçı yenicə başa çatıb.

Görüş Vilyarrealdakı Ceramica stadionunda baş tutub. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.

Yekun hesab 5:1.

Oyun zamanı Andre ter Stegen dizindən zədə aldı və onu İnyaki Pena əvəz etdi.

Almanı xərəkdə meydançadan çıxarıblar.

Əli Babayev