Makrondan Rusiya ilə bağlı çağırış...

22 Sentyabr 2024 22:23 (UTC+04:00)

…Avropa nə vaxtsa Rusiya ilə münasibətlərinə yenidən baxmalı olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Parisdəki Konqres Sarayında keçirilən beynəlxalq sülh konfransında çıxışı zamanı Fransa prezidenti Emmanuel Makron deyib.

Fransa liderinin sözlərinə görə, bütün maraqlı oyunçuların iştirakı ilə və Avropanın “Avropa İttifaqı və NATO ilə məhdudlaşmadığını” nəzərə alaraq “sabahın Avropasında sülh” haqqında düşünmək lazımdır.

…Biz Avropanın siyasi icmasını inkişaf etdirməyə çalışırıq, lakin biz Avropa üçün yeni təşkilat forması haqqında düşünməli və sonra bu Avropa qitəsində sülhü düşünməklə Rusiya ilə əlaqələrimizi yenidən nəzərdən keçirməli olacağıq.

Bunu Makron bildirib.

Bundan əlavə, o, bildirib ki, Avropa və dünya ölkələri "yeni dünya düzəninin qurulmasına" diqqət yetirməlidirlər.

Əli Babayev