İranda İsrail agentləri şəbəkəsi üzə çıxıb

22 Sentyabr 2024 22:06 (UTC+04:00)

İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin altı vilayətində dövlətin daxili vəziyyətini pozmaq üçün hərəkətlər planlaşdıran 12 İsrail agentindən ibarət şəbəkəni üzə çıxarıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Tasnim agentliyi yazıb.

…Bu sui-qəsdin qarşısını almaq üçün ölkənin altı vilayətində SEPAH kəşfiyyat qüvvələri xalqa qarşı təhlükəsizliyi pozmağa yönəlmiş tədbirlər həyata keçirməyi planlaşdıran 12 əməkdaş və muzdlu [İsrail] şəbəkəsini üzə çıxarıb. Onlara həlledici zərbə endirilib.

Bunu agentlik xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İsrail hakimiyyəti “Qəzza və Livan xalqlarına qarşı öz pis məqsədlərinə çatmaqda” uğursuzluğa düçar olduqdan sonra İranda əməliyyatlar keçirmək qərarına gəlib.

Əli Babayev