Babkina əmindir ki, Puqaçova “özü-özünü səhnədən yazdı”..?

22 Sentyabr 2024 22:34 (UTC+04:00)

Nadejda Babkina hesab edir ki, Alla Puqaçova Rusiyada çıxışını hələ də davam etdirə bilərdi. Lakin Diva tələsik olaraq ölkədən getməyi seçdi.

SİA-nın əldə etdiyi məlumata görə, Nadejda Georgievna, "Konservator" RUTUBE kanalında Anton Krasovski ilə söhbətində Puqaçovanın özünə inamını itirərək boş yerə konsert fəaliyyətini dayandırdığını söyləyib.

…O, “özü-özünü səhnədən yazdı”, düzünü belə demək olar. Axı hər yaşın öz brendləri var və sən tamaşaçının gözü qarşısında dəyişirsən, geyimin dəyişir, görünüşün dəyişir. O, “yorğunam, istəmirəm” və s. sözləri ilə özünü yazıb.

Bu barədə “StarHit” bildirib.

Babkina onu da bildirib ki, Diva ölkəni tərk etmək qərarını sona qədər gizli saxlayıb.

Nazlı Almuradova