Müğənni Moskvinanı bir milyon rubl aldadıblar...

22 Sentyabr 2024 22:54 (UTC+04:00)

Fırıldaqçılar müğənni Natalya Moskvinanı 1 milyon rubl aldadıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə REN TV özünün Telegram kanalında yazır.

Kanalın məlumatına görə, "Rusiya Ordusunun Mərkəzi Evinin əməkdaşı" messencerdə onunla əlaqə saxlayıb və Federal Təhlükəsizlik Xidmətinin xəyali yoxlaması barədə xəbərdarlıq edib.

Sonra sənətçiyə " Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi" zəng vurub və onun hesabından pul çıxarıb Ukraynaya köçürməyə çalışdıqlarını söyləyib.

O bildirib ki, hakimiyyət orqanlarına yardımdan imtina etmək cinayət kimi qiymətləndiriləcək.

Bundan əlavə, eyni sxem çərçivəsində "Rosfinmonitorinq meneceri" ona yaxınlaşıb və onun göstərd

iyi "təhlükəsiz hesablara" köçürmələr etməyi təklif edib. Sənətçi də onun göstərişlərinə əməl edib.

Müğənniyə dəyən maddi ziyanın bir milyon rubldan çox olduğu deyilir,

Nazlı Almuradova