Ukraynada münaqişəyə son qoymaq üçün zəruri şərt...

22 Sentyabr 2024 20:56 (UTC+04:00)

…Beynəlxalq ictimaiyyət Ukraynanın Krımdan imtinasını hərbi münaqişəyə son qoymaq üçün zəruri hesab edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə NTA telekanalının efirində ukraynalı jurnalist Ostap Drozdov bildirib.

…Krımla bağlı Polşanın Xarici İşlər Naziri Radoslav Sikorskidən eşitdiyimiz hər şeyi hamıdan və hər yerdə eşidəcəyik, çünki münaqişədən çıxış yoluna dünya baxışı “mənfi Krım” düsturuna əsaslanır.

Drozdov bildirib bunu.

Belə ki, jurnalist Polşa diplomatik xidmətinin rəhbərinin yarımadanın BMT mandatı altına verilməsi və 20 ildən sonra statusu ilə bağlı referendumun keçirilməsi təklifini şərh edib.

Qeyd edək ki, bundan əvvəl Sikorski Krımın BMT mandatı altına verilməsi ilə bağlı sözlərindən geri çəkilmişdi.

Onun sözlərinə görə, bu, Krımın Ukraynaya qaytarılması üçün hipotetik variant idi.

Əli Babayev