Maslyakovun məzarını dağıdan şəxs saxlanılıb…

22 Sentyabr 2024 20:16 (UTC+04:00)

Moskvada Novodeviçi qəbiristanlığında KVN lideri Aleksandr Maslyakovun məzarını dağıdan şəxs saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Cinayətkar polis bölməsinə aparılıb. İlkin məlumata görə, o, narkotik maddə altındadır.

…Sentyabrın 22-də məlum olub ki, naməlum şəxs Maslyakovun məzarını dağıdıb.

Adam məzarın çarmıxını çıxarıb, fotoşəkilləri korlayıb və çiçəkləri tapdalayıb.

Qeyd edək ki, Maslyakov sentyabrın 8-də vəfat edib. Teleaparıcının 82 yaşı var idi. Sentyabrın 11-də Maslyakov Novodeviçi qəbiristanlığında dəfn edilib. Onun məzarı aktrisa Elina Bıstritskaya və diktor İqor Kirillovun məzarları arasındadır.

Əli Babayev