Cennifer Lopez və Meril Strip seçkilərdə Harrisi dəstəkləyib

22 Sentyabr 2024 20:06 (UTC+04:00)

…Məşhur amerikalı müğənni Cennifer Lopez və aktrisa, “Şeytan Prada geyinir” serialının ulduzu Meril Strip ABŞ-dakı prezident seçkilərində Kamala Harrisi açıq şəkildə dəstəkləyiblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, məşhurlar noyabrda 59 yaşlı demokrata səs verəcəklərini bildiriblər.

…Siyasətçinin mükəmməl dəstək komandası yalnız böyüyür. Harrisin Twitter-də dəstək icma səhifəsində bildirildiyi kimi, Lopez və Stripdən başqa, onu Bryan Cranston, Ben Stiller və Culia Roberts də dəstəkləyib.

Ulduz seçimlərini Oprah Uinfrinin tok-şousu zamanı açıqlayıb. Deyilənlərə görə, verilişin dəvətli qonağı Kəmalə olub. Demokratla söhbətə Hollivud aktyorları və müğənniləri qoşulub. Onlayn olaraq Harrisin namizədliyini dəstəklədiklərini və onu gələcək prezident kimi gördüklərini bildirdilər.

Nazlı Almuradova