Almaniyanın qərbində bir həftə ərzində üçüncü partlayış...

22 Sentyabr 2024 19:05 (UTC+04:00)

...Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya federal əyalətində bir həftə ərzində üçüncü partlayış baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə T-Online portalı yazır.

…Bonn yaxınlığındakı Vaxtberq-Adendorfdakı şəxsi evin qarşısında partlayıcı qurğu işə salınıb.

Polisin məlumatına görə, evin qapısı zədələnib. Heç kim xəsarət almayıb.

Məlumatda deyilir.

Hazırda şübhəlilərin axtarışı davam etdirilir.

Polis bu həftə Kölndə bir klubun girişində və geyim mağazasının yaxınlığında baş verən digər iki partlayışla əlaqəni yoxlayır.

Qeyd olunur ki, silsilə partlayışlar cinayətkar qruplar arasında qarşıdurma ilə bağlı ola bilər. Kölndə baş verən partlayış nəticəsində bir nəfərin yaralandığı daha əvvəl bildirilmişdi.

Əli Babayev