Ana südündən məhrum olan körpələrin İQ səviyyəsi daha aşağı olur…

22 Sentyabr 2024 23:25 (UTC+04:00)

…İspaniyanın Rovira və Virgil Universitetinin mütəxəssisləri araşdırma aparıb və müəyyən ediblər ki, körpəlikdə ana südü ilə qidalanma uşaqların idrak qabiliyyətlərinə müsbət təsir edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Gazeta.ru yazır.

Alimlər 4-5 yaş arası 613 uşağın məlumatlarını tədqiq ediblər. Uşaqların psixi müayinəsi də aparılıb. Müəyyən edilib ki, bir aydan səkkiz aya qədər ana südü ilə qidalanan uşaqlar ana südü ilə qidalanmayan həmyaşıdları ilə müqayisədə bir neçə koqnitiv qabiliyyət ölçüləri üzrə daha yaxşı performans göstərmişlər.

Həmçinin, ana südü qəbul edənlərin daha yüksək IQ (əmsalı kəşfiyyat –A.B.) və daha yaxşı yaddaşı olduğu müəyyənləşib.

…Bundan əvvəl fast food-un IQ səviyyəsini aşağı saldığı aşkar edilib.

Nazlı Almuradova