Bir ailənin üç uşağı zəhərlənərək ölüb…

22 Sentyabr 2024 13:34 (UTC+04:00)

…Rusiyanın Krasnoyarsk diyarında üç uşaq, ehtimal ki, keyfiyyətsiz məhsuldan zəhərlənərək ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sentyabrın 21-də bütöv bir ailə ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb - ər, arvad və onların dörd uşağı.

Və 24 saat ərzində ailənin 3 uşağı dünyasını dəyişib.

İstintaq Komitəsi bildirir ki, Krasnaya Sopka kəndində yaşayan ailə şənbə günü səhər həkimlərlə əlaqə saxlayıb.

Bir gecə əvvəl yerli mağazadan nahar üçün toyuq və köftə alaraq yeyiblər.

Faktla bağlı təhlükəsizlik tələblərinə cavab verməyən malların satışı maddəsi ilə cinayət işi başlanıb. İnsanların hansı maddə ilə zəhərləndiyi hələ müəyyən edilməyib.

…Krasnaya Sopkadakı mağaza fəaliyyətini davam etdirir, lakin oradan bütün şübhəli məhsullar yığışdırılıb. Mağaza müdiri dindirilməyə çağırılıb.

Nazlı Almuradova