Bakıda yük avtomobili dərəyə yuvarlanıb

22 Sentyabr 2024 12:27 (UTC+04:00)

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qəza paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, yol-nəqliyyat qəzası nəticəsində yük avtomobili dərəyə yuvarlanıb. Sürücünün meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.