Astarada oğurluq edən şəxs saxlanılıb

22 Sentyabr 2024 11:28 (UTC+04:00)

Astara rayonunun Şahağacı kəndində yerləşən evlərin birindən oğurluq edilib. Ev sahibi 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib. SİA xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin nəvəsi Vüsal Dadaşov saxlanılıb. Oğurladığının bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.P