Bu gün VII turun oyunlarına yekun vurulacaq

22 Sentyabr 2024 09:26 (UTC+04:00)

Bu gün futbol üzrə Misli Premyer Liqasında VII turun oyunlarına yekun vurulacaq. SİA xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçiriləcək.

"Səbail"in "Sabah"ı qəbul edəcəyi görüş saat 18:00-da başlayacaq.

Turun qapanış qarşılaşması isə "Sumqayıt"la "Zirə" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək oyunun start fiti saat 20:30-da səslənəcək.

Qeyd edək ki, VII turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, " Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.