Güləşçilərimiz Minskdə 8 medal medal qazandılar

22 Sentyabr 2024 07:10 (UTC+04:00)

Azərbaycan güləşçiləri Belarusun paytaxtı Minskdə keçirilən sərbəst güləş üzrə Aleksandr Medvedin xatirə turnirində 8 medal qazanıb. Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, komanda ənənəvi yarışda baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında mübarizə aparıb.