Naxçıvanda ağır yol qəza olub - ölən var

22 Sentyabr 2024 01:43 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəngərli rayonunun Yeni Kərki kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub, 1 nəfərin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.