Türkiyədə ağır qəza olub - çox sayda yaralı var

22 Sentyabr 2024 05:17 (UTC+04:00)

Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası olub. SİA xəbər verir ki, Tarsus-Adana-Gaziantep avtomobil yolunda turist avtobusu idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü də daxil olmaqla 20 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım maşınları, polis və jandarm qüvvələri cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə Nurdağı Dövlət Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.