“Les essences” kvarteti azərbaycanlı tələbələrə ustad dərsi keçib

21 Sentyabr 2024 23:37 (UTC+04:00)

Sentyabrın 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Almaniyanın “Les essences” kvartetinin üzvləri tələbələrə ustad dərsi keçiblər.

SİA xəbər verir ki, əvvəlcə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova iştirakçıları salamlayaraq istedadlı musiqiçiləri təqdim edib.

Onlar da öz növbəsində BMA-nın rəhbərliyi və kollektivinə qonaqpərvərliyə görə təşəkkürünü bildirib və bu musiqi ocağında görüşdən məmnunluqlarını ifadə ediblər.

Ustad dərsində S.Raxmaninovun “Elegik trio No1” (Trio: professor Kəmalə Neymanova, tələbələr Fatimə Misirli, Orxan Cumayev), K.Sen-Sansın “Rondo Capriccioso op. 28” (Özcan Cabbari 3-cü kurs), P.Çaykovskinin “Vals skerzo” (Kənan Məmmədzadə 3-cü kurs) əsərləri üzərində işlənilib.

Gənc ifaçılar peşəkar musiqiçilərdən faydalı məsləhət və tövsiyələr aldılar.