Şuşada mikroavtobus aşıb, yaralananlar var

21 Sentyabr 2024 21:56 (UTC+04:00)

Şuşa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun Turşsu kəndi ərazisində “Ford Tranzit” markalı mikroavtobus aşıb, azı beş sərnişin yaralanıb. Yaralılar Xankəndi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Şuşa Rayon Polis şöbəsində araşdırma aparılır.