Arxangelsk vilayətində it bir ailəni ölümdən xilas edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi Telegram-da yazıb.
Gecədən evi yanmağa başlayan sahiblərini hürən it oyadıb. Bunun nəticəsində ailə nəinki evini tərk edib, hətta tövlədən mal-qaranı da çıxara bilib.
Yanğınsöndürənlər tərəfindən 96 kvadratmetr sahədə yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyi öz mesajında Arxangelsk vilayətinin sakinlərini yanğın siqnalizasiyası quraşdırmağa çağırıb.
Bundan əvvəl it yanğın zamanı daha bir rus ailəsini xilas etmişdi. Hadisə avqustun 21-nə keçən gecə Novosibirsk şəhərinin Pervomayski rayonunun Talovaya küçəsində baş verib.
Melez Çayzer gecə saat üçdə hürərək yatan sahiblərini oyatmağı bacarıb.
Nazlı Almuradova