Putin Ermənistanla əlaqələrin vacibliyini qeyd edib

21 Sentyabr 2024 20:44 (UTC+04:00)

Vladimir Putin Ermənistanla əlaqələrin inkişafının vacibliyindən danışıb. Ermənistan hökumət başçısının mətbuat xidməti xəbər verir ki, prezident Ermənistanın baş nazirini ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

Ümumi inteqrasiya birlikləri çərçivəsində dostluq, müttəfiqlik münasibətlərinin və konstruktiv qarşılıqlı fəaliyyətin daha da inkişafı, şübhəsiz ki, xalqlarımızın köklü maraqlarına cavab verir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putin Paşinyana cansağlığı və uğurlar, Ermənistan vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıb.

…Moskva ilə İrəvan arasında münasibətlər çətin dönəmdən keçir. Nikol Paşinyan bu yaxınlarda KTMT ilə münasibətlərin dondurulduğunu açıqlasa da, Ermənistan hələlik təşkilatdan çıxmaq niyyətində deyil.

Bunu da rus saytları yazır.

Əli Babayev