"Çelsi" Kounde üçün 60 milyon avro ödəməyə hazırdır

21 Sentyabr 2024 20:36 (UTC+04:00)

"Çelsi" qış transfer pəncərəsi zamanı "Barselona"nın 25 yaşlı sağ cinah müdafiəçisi Jül Koundeni transfer etməyi düşünür. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sport.es xəbər verir.

Mənbənin məlumatına görə, London klubu mavi qranatlara 60 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, futbolçu karyerasını Barselonada davam etdirmək istədiyini vurğulayıb.

Yeri gəlmişkən, bu mövsüm Kounde altı matçda iştirak edib və bu matçlarda bir qol və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.

Nazlı Almuradova